» » Qvardiola "Bavariya"dan gedir?

Qvardiola "Bavariya"dan gedir?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 may 2014
//
Bölmə: İdman
Qvardiola "Bavariya"dan gedir?



"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola mövsümün sonunda komandanı tərk edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssisin özü açıqlamasında deyib. "El Mundo Deportivo" qəzetinə danışan Qvardiola ölkə kubokunun finalından sonra rəhbərliklə görüşəcəyini və son qərarını verəcəyini bildirib: "Kubokun finalından sonra rəhbərliklə görüşəcəm. Geridə qalmaqda olan mövsümü müzakirə edəcəyik və klubun gələcəyi naminə ən düzgün qərarı verəcəyik. Əgər mövsüm ərzində titul qazana bilmirsənsə, karyeran təhlükə altına düşür. Ümumiyyətlə böyük klubların baş məşqçilərinin istefası hər zaman gündəmdə olur".

Qeyd edək ki, Qvardiola mövsümün əvvəlində "Bavariya"nın baş məşqçi vəzifəsinə gətirlib.





QafqazPRESS.az
banner125x125 banner125x125