Deputat: “Şəhid adı üzərindən oyun oynanılır”
Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov hüquq-mühafizə orqanlarına müraciət edib.
Korrupsiya-q.az-ın xəbərinə görə, B.Məhərrəmov bildirib ki, bu gün şəhid general-mayor Polad Həşimovun adı üzərindən sosial şəbəkələrdə manipulyasiyalar edilir.
“Ötən gün xəbər yayıldı ki, guya Qəbələdə Həzi Aslanovun küçəsinin adı dəyişdirilərək, Polad Həşimov küçəsi olub. Sonra məlum oldu ki, bu, yalan xəbərdir”, - deyə B.Məhərrəmov əlavə edib.
Millət vəkili söyləyib ki, şəhid adı üzərindən, karantin qaydaları ilə bağlı da oyunlar oynanılır.
“Hökumətə qarşı açıq çağırışlar edilir. Bu, cinayət təqibinin başlanılması üçün əsas olmalıdır”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR