AFFA-dan cəza "yağışı"
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın son turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Mayın 17-də, Premyer Liqanın XXXVI turunun AZAL - "İnter" matçının 87-ci dəqiqəsində "İnter" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
"Xəzər Lənkəran" - "Qarabağ" matçının 52 və 67-ci dəqiqələrində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
"Rəvan" - "Bakı" matçının 45+1-ci dəqiqəsində "Rəvan" klubunun məşqçisi Gündüz Hindal texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
"Qəbələ" - "Sumqayıt" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Yuri Syominin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
"Simurq" - "Neftçi" matçının 45+1-ci dəqiqəsində "Neftçi" klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə aqressiv hərəkətə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində "Neftçi" klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidova aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı kobud oynamadığı və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi "Neftçi" klubunun 19 №-li futbolçusu M.Seyidova göstərilmiş qırmızı vərəqəni ləğv edib.
Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat verəcəklər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR