“Qarabağ”dan paylaşımına görə məsuliyyətə cəlb edilən klub rəsmisi ilə bağlı AÇIQLAMA
“Son günlərdə Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi xəbərini və görüntülərini sosial şəbəkədə izləyərkən psixoloji travma keçirən və həmin anın emisonallığına qapılan klubumuzun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz “Facebook” səhifəsində təcavüzkar ölkənin millətinə qarşı dövlətimizin mövqeyinə və “Qarabağ” Futbol Klubunun prinsiplərinə zidd olan sözlərdən istifadə edib”.
Bu barədə “Qarabağ” Futbol Klubunun yayadığı açıqlamada qeyd edilib.
“Bildiririk ki, qəddarlığa qarşı duyğusal hisslərini ani olaraq idarə edə bilməyən Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan doğru olmadığını etiraf edərək, sildiyi ifadələr şəxsən özünə aid olmaqla “Qarabağ” Futbol Klubunun mövqeyini əks etdirmir və klubumuz tərəfindən dəstəklənmir.
N.İbrahimovun hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən Nurlan İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib”, - deyə klubdan qeyd edilib.
Məlumatda əlavə edilib ki, klubumun Daxili Nizam İntizam kodeksinə uyğun olaraq, Nurlan İbrahimovun hərəkəti İntizam Komissiyasında müzakirə edilərək, barəsində müvafiq intizam tənbehi tətbiq ediləcək:
“Qarabağ” Futbol Klubu bir daha bəyan edir ki, klubumuzun əməkdaşları bu həssas dönəmdə belə paylaşımlardan uzaq durmalı, humanizm prinsiplərinə sadiq qalmalı və dövlətimizin qanunlarına tam əməl etməlidirlər”
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR