» » “Bank Respublika” kredit faizlərini 16 faizə endirdi #dahasərfəli etdi!

“Bank Respublika” kredit faizlərini 16 faizə endirdi #dahasərfəli etdi!

Müəllif: Səma Zərdablı
//
Tarix: 03 fevral 2020
//
Bölmə: İqtisadiyyat
  “Bank Respublika” kredit faizlərini 16 faizə endirdi #dahasərfəli etdi!


Yeni ildə evini təmir etməyi düşünən, toya hazırlaşan, səyahət etməyi planlaşdıran, arzuladığı əşyanı almaq və digər planlarını həyata keçirmək istəyənlər üçün xoş xəbər var!
“Bank Respublika” nağd kredit şərtlərində dəyişiklik edərək, kredit faizlərini 16%-ə endirdi və kreditin verilməsi şərtlərini sadələşdirdi.
Artıq “Bank Respublika”dan kredit götürmək nəinki daha rahat həm də daha sərfəli olacaq! Belə ki, banka müraciət edən müştərilər artıq müddəti 48 ay olan nağd istehlak kreditlərini 16 faizdən başlayan faiz dərəcəsi və daha sərfəli şərtlərlə əldə edə biləcək!
Kreditin maksimal mәblәği 30 000 manat təşkil edir, 20 000 AZN-dək məbləğdə kredit zaminsiz təqdim edilə biləcək. Bundan başqa, kredit rəsmiləşdirilərkən sığorta haqqı tutulmayacaq!
Bankın bütün müştəriləri vaxt itirmədən bankın rəsmi saytında, eləcə də “WhatsApp Kredit” xidmətindən istifadə edərək, 050 6 144 144 nömrəsinə yazaraq kredit sifarişi edə bilərlər.
Həmçinin, müştərilər Mobil Şöbə vasitəsilə kredit borclarını və digər ödənişlərini banka gəlmədən rahat şəraitdə həyata keçirə bilər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, “Facebook” səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
banner125x125 banner125x125