"Azərbaycanın 2014-2016-cı illər üçün fəaliyyət planı"nın icrasına start verilib
Bu gün Bakıda Avropa Şurasının baş katibi Torbyorn Yaqland və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycanın 2014-2016-cı illər üçün fəaliyyət planı"nın icrasına start veriblər. Bu barədə Trend Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir.
Avropa Şurası Nazirlər Komitəsi tərəfindən aprelin 16-da qəbul olunan fəaliyyət planı Azərbaycana qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa standartlarına uyğunlaşdırmaqda kömək etmək üçün bir vasitədir.
Fəaliyyət planı insan haqları sahəsində, həmçinin söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı və korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra layihələri təşviq edəcək.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR