Aztəminatlı ailələrə şad xəbər: 4 milyard manat ayrıldı
Gələn ilin Azərbaycanın dövlət büdcəsində sosial müdafiə və sosial təminata ayrılacaq vəsaitin xüsusi çəkisi açıqlanıb.
Bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Gələn il sosial müdafiə və sosial təminata ayrılan vəsaitin həcmi büdcə xərclərinin 14,6 faizi həcmində olacaq.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır.
Beləliklə, gələn il sosial müdafiə və sosial təminata ayrılacaq vəsaitin həcmi 3 milyard 773 milyon manatdan çox olacaq.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR