Azərbaycanda toylar bərpa edilir - Göstəriş verildi
Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyəti yenidən bərpa olunur.
Qafqazpress.az Unikal.org-a istinadən xəbər verir ki, artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib.
Bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır.
Yaxın zamanlarda toy və yas mərasimləri ilə bağlı yumşaldılmaların olacağı, eləcə də ticarət mərkəzlərinin müəyyən qaydalarla fəaliyyətə başlayacağı bildirilir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR