Rayonlara gediş-gəliş bərpa edilir
Azərbaycanda yaxın vaxtlarda sərtləşdirilmiş karantin rejiminin bir qədər də yumşaldılması gözlənilir.
Qafqazpress.az Metbuat.az - istinadən xəbər verir ki, karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında giriş-çıxışa qoyulan qadağanın götürüləcəyi bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu barədə müzakirələrin aparıldığını qeyd edib: “Rayonlara gediş-gəlişin açılması müzakirə edilir. Yekun qərarla bağlı məlumat vermək hələ tezdir. Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır. Rayonlar məsələsi növbəti dəfə müzakirə mövzusu ola bilər”.
Görünən odur ki, yay fəslinin başa çatması ilə insanların rayonlara axını müşahidə edilməyəcək, ona görə də qadağanın götürülməsi yoluxma sayına ciddi təsir göstərməyəcək.
Növbəti mərhələdə böyük ticarət mərkəzlərinin – “Binə”, “Sədərək”, eləcə də “mall”ların fəaliyyətinin bərpa ediləcəyi də gözlənilir.
Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi avqustun 31-dək qüvvədədir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR