» » Gəncədə 3 sahibkarın əmlakı siyahıya alınıb

Gəncədə 3 sahibkarın əmlakı siyahıya alınıb

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 fevral 2014
//
Bölmə: İqtisadiyyat
Gəncədə 3 sahibkarın əmlakı siyahıya alınıb



QafqazPRESS.Az Kəpəz TV-yə istinadən bildirir ki, vergi borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları tərəfindən Gəncədə 3 sahibkarın əmlakı siyahıya alınıb. Departamentin Vergi borcları şöbəsinin əməkdaşları müşahidəçilərin iştirakı ilə Seymur Axundova, Arzu Ələkbərova və Asim Babayevə məxsus geyim mağazalarından həmin sahibkarların vergi borclarını təmin edəcək məbləğdə əmlaklarını siyahıya alıb. Arzu Ələkbərovun 90 manat, Asim Babayevin 430 manat olmaqla, ümumilikdə hər 3 sahibkarın yığılan borcu 790 manat təşkil edib. Vergi müfəttişləri siyahıyaalma prosedurunun borcların ödənilməsində böyük rola malik olduğunu deyir.
banner125x125 banner125x125