Azərbaycanın Dünya Ticarət Reytinqi qalxdı
Dünya İqtisadi Forumu dünya ticarətinə cəlb edilmə indeksini açıqlayıb
Azərbaycan dünya ticarətinə cəlb edilmə qlobal reytinqində 4 pillə irəliləyərək 77-ci yerdə qərarlaşıb. Bu barədə Dünya İqtisadi Forumunun (DİF) hesabatında deyilir. Hesabatla burada tanış olmaq olar.
DİF-in dərc etdiyi "Dünya ticarətinə cəlb edilmə-2014" hesabatı 138 ölkəni əhatə edib. Məruzə ETI ticarətinə cəlb edilmə indeksinə əsaslanır və 4 göstəricini - "Daxili bazara çıxış", "Sərhəddə inzibati idarəetmə", "İşgüzar mühit" və "Nəqliyyat və kommunal infrastruktur"u nəzərə alır.
Yada salaq ki, 2012-ci ildə hazırlanmış sonuncu hesabatda Azərbaycan 81-ci mövqedə qərarlaşmışdı.
Azərbaycan 2014-cü ildə daxili bazara çıxış göstəricisi üzrə 66-cı, sərhəddə inzibati idarəetmə üzrə 94-cü olub. Ölkə işgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci olub.
Məruzədə, həmçinin ölkənin ticarətin sadələşdirilməsi üzrə tədbirlər və digər sahələrdə əldə etdiyi uğurlar qeyd olunur. Belə ki, Azərbaycan "Gömrük şəffaflığı indeksi" göstəricisi üzrə 39-cu, "Dövlət tənzimləmə normalarına uyğunluğun sadəliyi" üzrə 19-cu, "Xarici iştiraka açıqlıq" komponentləri üzrə 34-cü, "Əcnəbi işçi qüvvəsini işəgötürmə sadəliyi" üzrə 30-cu, "Cinayətkarlıqla bağlı məsrəflər" üzrə 45-ci, "Hava nəqliyyatı infrastrukturunun keyfiyyəti" üzrə 46-cı, "Dəmiryol infrastrukturunun keyfiyyəti" üzrə 35-ci, "Nəqletmə növünün dəyişməsinin səmərəliliyi" üzrə 43-cü, "Biznes-biznes sövdələşmələrində İKT-dən istifadə" üzrə 46-cı, həmçinin "Biznes-müştəri sövdələşmələrində İKT-dən istifadə" komponentləri üzrə 50-ci yeri tutub.
Cəlb edilmə qlobal reytinqinə Sinqapur başçılıq edir. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Honq Konq və Niderland tutur. ABŞ məruzənin əhatə etdiyi 138 ölkə arasında 15-cidir.
Regionda reytinq üzrə ən yaxşı mövqe Gürcüstana (36-cı) məxsusdur. Ukrayna 83-cü, Moldova 92-ci, Qazaxıstan 94-cü, Rusiya 105-ci, Qırğızıstan isə 109-cudur. DİF-in hesabatında Tacikistan və Özbəkistan araşdırma mövzusu olmayıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR