» » BVF 2014-cü il üçün IV maddə üzrə Azərbaycanla məsləhətləşmələri yekunlaşdırdı

BVF 2014-cü il üçün IV maddə üzrə Azərbaycanla məsləhətləşmələri yekunlaşdırdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 iyun 2014
//
Bölmə: Siyasət
BVF 2014-cü il üçün IV maddə üzrə Azərbaycanla məsləhətləşmələri yekunlaşdırdı


Beynəlxalq Valyuta Fondu (BVF) 2014-cü il üçün BVF Sazişlər Maddəsinin IV maddəsi üzrə Azərbaycanla məsləhətləşmələri başa çatdırıb.

Trend xəbər verir ki, BFV-nin çərşənbə axşamı yaydığı məlumata əsasən Fondun Direktorlar Şurası missiyanın təqdim etdiyi qiymətləndirməni müzakirə etmədən qəbul edib.

Məlumatda deyilir ki, Azərbaycan hökumətinin son uğurları ölkənin dinamik, inkişaf edən bazara çevrilməsi məqsədinə çatmağa təkan verir: "Qaz sahəsində bu yaxınlardakı sazişlər Azərbaycana Avropa ölkələri bazarının strateji qaz tədarükçüsünə çevrilməsinə imkan verəcək. Bundan başqa, regionda bazarın "burulğan"ı fonunda həyata keçirilmiş suveren avrobondların uğurlu debüt yerləşdirilməsi səhmdarların etimadının göstəricisidir. Bu, etimad rəyi, əlverişli mühit və neftin yüksək qiymətləri ilə birgə makroiqtisadi siyasət kursunun dəyişməsində bu yaxınlardakı tərəqqini saxlamağa və idarəetmə və işgüzar mühitin təkmilləşdirilməsi üzrə qəti addımlar atmağa imkan verir. Bu sahələrdə fəaliyyət davamlı və şaxələndirilmiş artımın möhkəmləndirilməsi üçün həlledici əhəmiyyət daşıyır".

Qeyd edək ki, IV maddə üzrə BVF-nin missiyası martda Bakıda olmuşdu. Bu cür məsləhətləşmələr daimi əsasda hər il keçirilir.



QafqazPRESS.az
banner125x125 banner125x125