Metroda gediş haqqı qalxmayacaq - AÇIQLAMA
“Bakı Metropoliteni” QSC-nin yeni rəisi Zaur Hüseynovun quruma sədr təyinatından sonra mətbuatda tez-tez gediş haqlarının qaldırılacağı ilə bağlı məlumatlar dərc edilir.
Bildirilir ki, qiymətlər 20 qəpikdən 50 qəpiyə kimi artırıla bilər.
AzVision.az məsələ ilə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxlayıb. QSC-dən bildirilib ki, qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.
“Gediş haqlarının artırılması Tarif Şurasının səlahiyyətindədir. Biz bununla bağlı Şuraya müraciət etməmişik”,-deyə qeyd edilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR