» » Sudan sonra qaz və işığın da qiyməti artacaq? – RƏSMİ AÇIQLAMA

Sudan sonra qaz və işığın da qiyməti artacaq? – RƏSMİ AÇIQLAMA

Müəllif: Səma Zərdablı
//
Tarix: 01 fevral 2021
//
Bölmə: İqtisadiyyat
Sudan sonra qaz və işığın da qiyməti artacaq? – RƏSMİ AÇIQLAMA


İçməli və tullantı suyundan istifadəyə görə, qiymətlərin artması digər kommunal xidmətlərin tarifinin yüksələcəyi barədə fikirləri gündəmə gətirib. İndi hər kəsi bir sual düşündürür. Görəsən, sudan sonra, qaz və işığın qiyməti arta bilərmi?
Konkret.az insanların narahatlığını nəzərə alaraq, rəsmi qurumlardan məsələ ilə bağlı açıqlama alıb.
“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, təmsil etdiyi qurum SOCAR-ın struktur vahidlərindən biridir. Ona görə də, qiymətlərlə bağlı təklifləri Tarif Şurasına məhz SOCAR verir:
“Yanvar ayının əvvəlində SOCAR tərəfindən qazla bağlı təklif irəli sürüldü və bu qəbul edilmədi. Tarif Şurasının açıqlamasında da bu öz əksini tapdı. Biz struktur vahidi olduğumuz üçün ayrıca təklif irəli sürmürük”.
Məsələ ilə bağlı Konkret.az–a açıqlama verən SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov isə, Tarif Şurasına vaxtilə verilən təklifin nə zaman nəzərə alınacağı və qərar veriləcəyi haqda məlumatının olmadığını deyib.
Qeyd edək ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ünvanladığımız sualı cavabsız qoyub və heç bir münasibət bildirməyib.
banner125x125 banner125x125