» » "1 milyon 300 min erməninin yaşadığı bir yerdə 1,5 milyon insan necə öldürülə bilər?"

"1 milyon 300 min erməninin yaşadığı bir yerdə 1,5 milyon insan necə öldürülə bilər?"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 may 2014
//
Bölmə: İqtisadiyyat
"1 milyon 300 min erməninin yaşadığı bir yerdə 1,5 milyon insan necə öldürülə bilər?"


Türkiyənin hakim Ədalət və inkişaf Partiyasının (AKP) Ankara millət vəkili, professor Seyit Sertçelik ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarının qətiliklə doğru olmadığını söyləyib.

ANS PRESS-in xəbərinə görə, Avropalı Türk Demokratlar Birliyi Hollandiya şöbəsinin Rotterdamda təşkil etdiyi "Erməni probleminin tarixi arxa planı" mövzusunda keçirilən forumda çıxış edən Sertçelik deportasiya vaxtı iddia edilən ölümlərə bağlı rəqəmlərin erməni diasporu tərəfindən şüurlu şəkildə şişirdildiyini qeyd edib.

Ermənilərdə tarix boyu rəqəmləri şişirtməyin vərdiş halına gəldiyini, bununla bağlı yazışmaların rus arxivlərində olduğunu bildirən Sertçelik sözlərini bu cür əsaslandırıb:

"1914-cü ildə Osmanlı İmperatorluğunun 16 milyon əhalisindən 1 milyon 300 mini ermənilərdən ibarət idi. 1 milyon 300 min erməninin yaşadığı bir coğrafiyada 1,5 milyon insan necə öldürülə bilər?"



QafqazPRESS.az
banner125x125 banner125x125