» » Fransızlardan Hafiz Məmmədova şok: 18 milyon avro verilsə də...

Fransızlardan Hafiz Məmmədova şok: 18 milyon avro verilsə də...

Müəllif: Sevinc Novruzova
//
Tarix: 16 iyul 2014
//
Bölmə: İdman
Fransızlardan Hafiz Məmmədova şok: 18 milyon avro verilsə də...


Azərbaycanlı iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu Fransa yüksək liqasına buraxılmayıb.
Milli.Az sportnet.az-a istinadən bildirir ki, bu barədə Fransanın İdarəetməyə Nəzarət üzrə Milli Direktoratının (DNCG) Apellyasiya Şurası qərar qəbul edib.

"Lans"ın yaydığı bəyanatda bildirilir ki, "Bank of Azerbaijan" tərəfindən 18 milyon avroluq təminat verilməsinə baxmayaraq, DNCG ilk dinləmədə olduğu kimi, yenə 10 milyon avronu təsdiqləyib: "Bu vəsait klubumuzun hesabına hələ oturmadığından, DNCG komissiyası ilkin instansiyanın qərarını qüvvədə saxlayıb”.

Qaydalara uyğun olaraq, "Lans" yaxın günlərdə Fransa Milli Olimpiya və İdman Komitəsinə (CNOSF) müraciət edəcək.



QafqazPRESS.az
banner125x125 banner125x125