Azərbaycan Rusiyaya qaz ixracını bərpa edir
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iyunun 4-də Rusiyaya qaz ixracını bərpa etmək niyyətindədir.
Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, qaz ixracının sutkalıq həcminin iki milyon kubmetr səviyyəsində olacağı gözlənilir.
Şimal istiqamətindəki qaz kəmərində təmir və bərpa işləri başa çatıb.
Qaz nəqli 2014-cü ilin yanvarından dayandırılıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR