Azərbaycanın idxal etdiyi benzinin keyfiyyəti ilə bağlı AÇIQLAMA
Azərbaycanın idxal etdiyi benzin çox keyfiyyətlidir və ən yüksək tələblərə cavab verir
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
R.Həsənov deyib: "İdxal strukturları qarşısında ölkəyə gətirilən yanacağın hətta "Avro-5" standartlarının tələblərinə uyğun gəlməsi ilə bağlı şərt qoyulub".
Komitə sədrinin sözlərinə görə, lakin ölkədə istehsal olunan benzin "Avro-4" tələblərinə cavab vermir. "Bu, Azərbaycanda bu gün istifadə olunan Aİ-92 benzinidir. Bunun səbəbi ondadır ki, ölkədə yeni avtomobillərlə yanaşı, köhnə avtomobil parkı da mövcuddur".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR