» » Büdcəni talayanlar tutuldu

Büdcəni talayanlar tutuldu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 iyun 2014
//
Bölmə: İqtisadiyyat
Büdcəni talayanlar tutuldu


Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı İmişli rayonunun Aranlı və Qaragüvəndikli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə etdikləri məlum olub.

Həmin şəxslər sənədlərə kənd sakinlərinin guya buğda əkmələri barədə bilə-bilə yalan məlumatlar daxil etməklə dövlət büdcəsindən ayrılmış yardımın 447 min manatını mənimsəmə və israf etmələrində şübhəli bilinirlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.



QafqazPRESS.az
banner125x125 banner125x125