» » Daha bir MMC-yə cinayət içi açıldı – 250 min

Daha bir MMC-yə cinayət içi açıldı – 250 min

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 may 2014
//
Bölmə: İqtisadiyyat
Daha bir MMC-yə cinayət içi açıldı – 250 min



“İ.R.” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun qanunsuzluqlara yol verməsi barədə “Muğanbank” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aktual.az-ın Axar.az-a istinadən verdiyi məlumata görə, araşdırmalar zamanı “İ.R.” MMC-nin direktoru Mirdamət Əsgərovun “Muğanbank” ASC tərəfindən verilmiş 250 min ABŞ dolları məbləğində krediti təyinatı üzrə istifadə etmədiyi aydınlaşıb.

Bununla bağlı əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlayıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.



QafqazPRESS.az
banner125x125 banner125x125