Gömrük Dəmiryollarının mallarını müsadirə etdi- Azərbaycanda
Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Dəmiryolları QSC-yə məxsus açıq tipli vaqonlarında aparılan malları müsadirə edib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, tütün məhsulları (siqaret) müsadirə olunduqdan sonra satışa çıxarılaraq satılıb və pulu dövlət büdcəsinə köçürülüb.
Ümumilikdə 3 iri qutu siqaretin ümumi dəyəri təxminən min manat olub.
Azərbaycan Dəmiryolları QSC-dən “Qafqazinfo”ya məlumat təsdiqlənib. Lakin QSC-dən məhsulların Azərbaycan Dəmiryollarına adi olmadığı bildirilib: “Biz bilmirik vaqonlara siqaretləri kim qoyub”.
***
Azərbaycan Dəmiryolları QSC-nin mətbuat xidmətindən isə “Qafqazinfo”ya bildirilib ki, tranzit yük açıq vaqonda DGK tərəfindən qəbul olunub. “Yəni, biz açıq tipli vaqonları DGK-ya təhvil verəndə orada siqaret olmayıb“.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR