Siqaret yenə bahalaşdı
Dünəndən Azərbaycanda siqaretin və tütün məmulatlarının pərakəndə və topdansatış qiymətləri qalxıb.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, siqaret və tütün məmulatları markasından asılı olaraq 10-30 qəpik bahalaşıb.
Bundan başqa, xaricdə istehsal olunan saqqızların da qiyməti qalxıb. Belə ki, Orbit, Dirol və başqa markalı saqqızlar dünəndən 20 qəpik artığına satılır.
Ticarət obyektlərinin satıcıları bildiriblər ki, onlar bütün digər məhsulların qiymətinin artacağını da istisna etmirlər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR