2 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, abonentlərin qaz təchizatının yaxşılaşdırılması, həyətlərdən keçən qaz xətlərinin ləğv edilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək Şamaxı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Eyni zamanda, qaz nəqli sistemində aparılan quraşdırma işləri ilə əlaqədar 04 iyul 2014-cü il tarixədək Daşkəsən rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR