» » Müdafiə Nazirliyi cəbhədən xəbər yaydı

Müdafiə Nazirliyi cəbhədən xəbər yaydı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 aprel 2016
//
Bölmə: Siyasət
Müdafiə Nazirliyi cəbhədən xəbər yaydı








Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.

“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur.

Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır.
banner125x125 banner125x125