"Göydən" bir milyon düşsə, neyləyərsiniz? - MÜZAKİRƏ
Milli.Az xezerxeber.com-a istinadən heç gözləmədiyi anda lotereyadan qazandığı pulla bir günün içində həyatı dəyişən insanların qısa hekayələrini təqdim edir.
27 yaşlı Matt Miles fabriklərin birində 12 saatlıq gecə növbəsində işləyirdi. O, lotereyanı qazanınca bütün həyatı dəyişib və dünya gəzintisinə çıxıb. İndoneziyadan Londona, Tailanddan İbizaya qədər səyahət edən Miles sonda Dünya Çempionatını izləmək üçün Braziliyaya gəlib.
Qardaşı Pete ilə dünyanı gəzən Miles əylənərək həyatın dadını çıxarır. Bu əyləncəsindən maraqlı görüntüləri "Twitter" hesabında paylaşmağı da unutmur.
Türkiyədə yaşayan Mehmet Sarıoğlu 40 il əvvəl lotereyadan böyük məbləğdə pul qazanınca kənddə özünə gözəl bir ev tikdirib və heç evlənməyib.
Bütün pulu qurtardıqdan sonra təqaüdlə dolanan Mehmetə qonşuları baxmağa başlayıblar. Yanan evi qonşuların köməyi ilə təmir edilib. 40 il əvvəl lotereya qazanaraq həyatı dəyişən Mehmet sonda öz komasında donaraq ölüb.
2003-cü ildə 844 milyard lirə qazanan türk vətəndaşı, çayçı Hayri Kaya qazandığı pulu qurtardıqdan sonra yenidən çayçılıqla məşğul olmağa davam edib.
Osman Kaplan pul ödənişlərini edə bilmədiyi üçün həbs olunmuşdu. Həbsdən çıxdıqdan 2 gün sonra lotereyadan 340 milyard qazanmışdı. Müğənni Pınar Şirinlə əylənərək bütün pulunu israf etmişdi.
Samsunda 17 il əvvəl milli lotereyadan böyük məbləğdə pul qazanan Süleyman Orhan qardaşı və qardaşı oğlunu qəzada itirdikdən sonra bütün pulunu da itirmişdi.
1 milyard 250 milyon lirə qazanan poçtalyon Cem ilk əvvəl oğlunu qəzada itirdi. Sonra əmlak işləri ilə məşğul olmaq istəyincə müflis oldu. Ailəsinin dağıldığını bidirən poçtalyon "Kaş ki, o lotereyanı almasaydım", - deyib.
1982 və 1984-cü illərdə iki dəfə qazanan Mustafa Savqan da lotereyanın bəxtsiz qaliblərindəndir. Bütün pulunu "bəlkə, yenə qazanaram", - deyərək biletlərə sərf edən Mustafa indi ayaqqabı boyamaqla dolanır.
Amerikalı "bomj" ötən həftə benzin stansiyasında aldığı biletdən 1 milyarddan artıq pul qazansa da, çadırında yaşamağa davam edəcəyini bildirib.
Roqer Qriffis 2005-ci ildə lotereyadan 1 milyon 831 min sterlinq pul qazanmışdı. Bütün həyatının dəyişdiyini düşünən Roqer ilk əvvəl özünə ev və maşın aldı. Gözəllik salonu açdı və uşaqlarını özəl məktəblərə qeydiyyatdan keçirdi. Dostları ilə musiqi albomu çıxartdı. Ailəsi ilə bütün dünyanı gəzməyə başladı. Evləri yandıqda bütün pullarını ona sərf edib, sonda müflis olduqlarını boyunlarına aldılar.
Lotereyanın digər bəxtsiz qaliblərindən biri Maykl Karoll, 2002-ci ildə lotereyadan 9.7 milyon strelinq qazanmışdı. Bütün pulunu narkotik və qadınlara sərf edən Maykl indi boyaçı işləyir.
Kallie Rogers 19 yaşındaykən 250 min sterlinq qazanmışdı. Bütün pulunu narkotik maddəyə xərcləyən Kallie indi balaca bir evdə kirayə qalır.
Mark Qardiner lotereyadan qazandığı 11 milyon sterlinqi yanlış səhmlər ucbatından itirmişdi. Pullu olduğu vaxt yanında olan dostlarını indi tapa bimir.
Bəs siz, lotereyadan külli miqdarda pul qazansanız, onu nəyə sərf edərsiniz?
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR