Aprelin10-dan sonra Rusiya Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayacaq.
Aprelin10-dan sonra Rusiya Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayacaq.
Rusiya rəhbərliyi Ukraynadan sonra Azərbaycana qarşı təhdid addımları atmağa hazırlaşır. Aprelin 10-dan sonra Rusiya Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayacaq. Bunu mətbuata açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov deyib. Onun sözlərinə görə Ruisya prezidenti V.Putinin imperiyanı bərpa etmək planlarında Azərbaycan xüsus yer tutur. Ukraynadan sonra əsas zərbə Azərbaycana qarşı hazırlanır. İlk öncə Dağlıq Qarabağı Rusiyaya federasiya subyekti halında birləşdirilməsi nəzərdə tutulur. Bunun üçün Rusiya xüsusi xidmət orqanları KİV-ləri, Tv-ləri və digər informasiya resusrlarını Azərbaycana qarşı informasiya müharibəsi aparılması üçün təlimatlandırıblar və ilkin hazırlıqlar artıq başa çatıb. Azərbaycana qarşı İnformasiya müharibəsinin tərkib hissəsi olaraq Azərbacandakı "Beşinci kolonna"- Rusiyameyilli qruplar aktivləşdiriləcək, bəzi Ermənistan və İran KİV-ri də bu prosesə qoşulacaq. Rusiyanın Azərbaycana qarşı informasiya müharibəsi 10 aprel 2014-cü il saat Moskva vaxtı ilə saat 12.00-dan sonra başlayacaq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR