Azərbaycanda 11 bank ləğv olunur
Azərbaycanda 11 bank ləğv olunma prosesindədir.
Trend Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən məlumat verir ki, 2015-ci ilin yekunları üzrə belə bankların sayı 7 (2008-ci ildə lisenziyası geri çağırılmış "Poçtbank" və "Atlantbank", "Debutbank" (2010-cu il), "Birlik Bank" (2011-ci il), "Royal Bank" (2012-ci il), "Evrobank" və "Azerbaijan Credit Bank") idi.
Bundan başqa, Mərkəzi Bank 2016-cı ilin əvvəlindən daha 7 bankın lisenziyasını ləğv edib - "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBCBank", "AtraBank", Qafqaz İnkişaf Bankı və "Texnika Bank".
“NBCBank” ASC Azərbaycan Mərkəzi Bankına müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib. Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq, AMB İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması barədə qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib. Qafqaz İnkişaf Bankı və "Atrabank"ın da analoji planları var. Belə olan halda, hazırda 11 bank ləğv olunma prosesindədir.
Qeyd edək ki, Azərbaycanda 36 bank fəaliyyət göstərir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR