İlham Əliyev Vyetnam prezidenti ilə
Azərbaycan prezidenti İlham Əliyevin Vyetnamda rəsmi qarşılanma mərasimi olub.
ANS PRESS-in məlumatına görə, Vyetnamın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı sarayın həyətində prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vyetnam Sosialist Respublikasının prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşılayıblar.
Hərbi orkestrin ifasında Azərbaycanın və Vyetnamın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Vyetnam rəsmi şəxsləri prezident İlham Əliyevə, Azərbaycanın nümayəndə heyətinin üzvləri prezident Truonq Tan Sanqa təqdim edilib.
Daha sonra prezident İlham Əliyevin və Vyetnam prezidenti Truonq Tan Sanqın məhdud tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məhdud tərkibdə görüş başa çatdıqdan sonra prezident İlham Əliyevin və Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər. Geniş tərkibdə görüşdə Vyetnam Sosialist Respublikasının prezidenti Truonq Tan Sanq ulu öndər Heydər Əliyevin vaxtı ilə Sovet İttifaqı rəhbərliyində olduğu dövrdə bu ölkəyə səfərini xatırladıb. Ümummilli lider Heydər Əliyevin şəxsən Vyetnama göstərdiyi diqqətin Vyetnam xalqı tərəfindən dərin minnətdarlıqla xatırlandığını bildirib.
Görüşdə Azərbaycan ilə Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlıq, energetika, elm, təhsil, turizm, investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR