» » Beynəlxalq Bank məşhur şirkəti məhkəməyə verdi - Borca görə

Beynəlxalq Bank məşhur şirkəti məhkəməyə verdi - Borca görə

Müəllif: Səma Zərdablı
//
Tarix: 26 aprel 2019
//
Bölmə: İqtisadiyyat
  Beynəlxalq Bank məşhur şirkəti məhkəməyə verdi - Borca görə


“Azərbaycan Beynəlxalq Bankı” ASC “AKABE” MMC-ni məhkəməyə verib.
Metbuat.az "Report"a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank 3 milyon 733 min 296 manat kredit borcunun tutulması barədə tələb irəli sürüb.
Daha sonra bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirib ki, iddiaçı ilə cavabdeh arasında məhkəmədən kənar razılıq əldə olunub və ümumi borcdan müəyyən ödənişlər edilib.
Bir saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Beynəlxalq Bankın iddia ərizəsini baxılmamış saxlayıb.
Qeyd edək ki, “AKABE” MMC inşaat sahəsində 2000-ci ildən etibarən fəaliyyət göstərir.
banner125x125 banner125x125