Monika Beluççi türk iş adamını məhkəməyə verdi
Məşhur aktrisa Monika Beluççi türk iş adamını məhkəməyə verib.
ANS PRESS-in məlumatına görə, buna səbəb iş adamı Arafat Yazıcının 11 il əvvəl aktrisanın adına marka yaratması olub. Aktrisa bunu öyrənincə şok yaşaraq məhkəməyə müraciət edib. Yazıcının vəkili Mustafa Gökcu müştərisin qulağa xoş gəldiyi üçün Monika Beluççi adından istifadə etdiyini və 11 il əvvəl Monika Beluççinin kim olduğunu bilmədiyini iddia edib: "Müştərim 11 ildir bu markaya pul qoyaraq tanıtdırır".
Qeyd edək ki, Monika Beluççi 1989-cu ildən aktrisalığa başlayıb. O, daha şox keçmiş əri Vinsent Kassellə birlikdə filmlərdə rol alıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR