» » Bakıda ər-arvadı öldürən sürücünün kimliyi məlum oldu

Bakıda ər-arvadı öldürən sürücünün kimliyi məlum oldu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 iyun 2014
//
Bölmə: Kriminal
Bakıda ər-arvadı öldürən sürücünün kimliyi məlum oldu


Ötən gün Bakıda yol qəzası nəticəsində ölən ər-arvadla bağlı məlumat yayılıb.

QafqazPRESS.az - ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi rayonu Azadlıq prospektində Bakı şəhər sakini Arif Yusifov idarə etdiyi “Volvo” markalı yük avtomobillə yolu keçən paytaxt sakinləri Telman Nəcəfovu və onun arvadı Zibanı vurub.

Ağır yaralanan T.Nəcəfov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən həyat yoldaşı Ziba isə orada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

banner125x125 banner125x125