» » Dövlət başçısı biznes dairələrinə xəbərdarlıq etdi - VİDEO

Dövlət başçısı biznes dairələrinə xəbərdarlıq etdi - VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 19 mart 2020
//
Bölmə: Siyasət
  Dövlət başçısı biznes dairələrinə xəbərdarlıq etdi - VİDEO


“Şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyil ilin sonuna qədər davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi kölgədən çıxacaq”.
Qafqazpress.az - ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.
Ölkə başçısı söyləyib ki, burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil:
“Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının, pensiyalarının artırılmasına istiqamətləndirilir”.

banner125x125 banner125x125