» » DƏHŞƏT: kişi 75 yaşlı arvadını qısqandığı üçün parça-parça etdi

DƏHŞƏT: kişi 75 yaşlı arvadını qısqandığı üçün parça-parça etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 iyul 2014
//
Bölmə: Kriminal
DƏHŞƏT: kişi 75 yaşlı arvadını qısqandığı üçün parça-parça etdi


Bu gün saat 10:00-da Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.

ANS PRESS-in Doğan Haber Agentliyinə istinadən verdiyi məlumata görə, 81 yaşlı kişi 75 yaşlı arvadını dəhşətli şəkildə öldürüb. Maraqlısı budur ki, kişi arvadını qısqandığı üçün öldürüb.

Belə ki, Ərzuruma yenicə köçən ailə burada 3 mərtəbəli bir villada yaşamağa başlayıb. Qonşuları deyir ki, 81 yaşlı Əli ilə 75 yaşlı Ədilə arasında dəfələrlə mübahisə və dava-dalaş olub. Səbəb isə kişinin ahıl yaşda arvadını qısqanması olub. Yaşlı kişi 5 uşaq anası olan arvadını hər kəsə qısqanırmış.

Səhər saatlarında isə baş verənlər hər kəsi şoka salıb. Qonşular səhər evdən qışqırtı və dəhşətli inilti səsləri eşidib. Onlar polisə məlumat veriblər. Məlumata əsasən evə gələn polislər dəhşətli mənzərə ilə qarşılaşıb.

Kişi yaşlı arvadını ondan xəbərsiz həyətdə gəzdiyi üçün amansızcasına öldürüb. Kişi qadının başına balta ilə zərbə vurub. Daha sonra qadının başını parçalayıb. Yaşlı kişinin hirsi bununla soyumayıb. O, qadının bədənini parçalayıb.

Arvadını amansızcasına öldürən kişi həbs olunub.



QafqazPRESS.az
banner125x125 banner125x125