Həkim polis arvadını zorladı
Türkiyənin Marmara rayonunda polis arvadı həkim tərəfindən zorlanıb. ANS PRESS-in məlumatına görə, polis arvadı və iki uşaq anası olan 38 yaşlı qadın A.U. müayinə üçün həkimə müraciət edib. Həkim isə qadını müayinə etmək əvəzinə, ona təcavüz edib.
Belə ki, A.U. mədəsində ağrılar hiss edib və narahatlığın səbəbini öyrənmək üçün həkimə gedib. Həkim qadına yoxlanış üçün dərman verib. Qadın sonradan huşunu itirib. Bundan sonra qadın ayılıb və təcavüzə məruz qaldığını bilib. Qadın birbaşa polisə gedərək həkim tərəfindən zorlandığını bildirib.
İlkin ifadəsində qadının ona şər atdığını deyib. Bundan sonra qadından analiz üçün nümunələr götürülüb. Məlum olub ki, qadının ittihamları doğrudur. Keçirilən əməliyyat nəticəsində polis arvadını zorlayan həkim tutulub. Onun barəsində vəzifədən istifadə edərək, insan həyatına müdaxilə etmək və zorlama maddələrilə cinayət işi başlanıb. Dövlət ittihamçısı həkim üçün 8 ildən 17 ilə qədər azadlıqdan məhrum edilmə cəzası istəyib.
Hazırda məhkəmə gələn aya qədər təxirə salınıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR