Paytaxtın mərkəzində silahlı insident
15:43
Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi açılıb.
Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ilə bağlı fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Prokurorluqdan, həmçinin bildirilib ki, hadisə pnevmatik silahla törədilib və zərərçəkənin həyatı üçün təhlükə yoxdur.
----------
12:32
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Bakıda güllələnən Samir Fazil oğlu Mehbalıyevin qurumun sədri Səttar Mehbalıyevin qohumu olması barədə mətbuatda yayılan informasiyalara aydınlıq gətirib.
AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov APA-ya bildirib ki, həmin şəxsin AHİK sədri, millət vəkili Səttar Mehbalıyevlə heç bir qohumluq əlaqəsi yoxdur və bu barədə yayılan informasiyalar yanlışdır: “Sadəcə olaraq soyad eynidir”.
Qeyd edək ki, ötən gecə paytaxtın Səbail rayonunda Bakı şəhər sakini, 31 yaşlı Samir Fazil oğlu Mehbalıyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.
Belindən güllə yarası alan S. Mehbalıyev Klinik Tibbi Mərkəzə yerləşdirilib.
----------
10:22
Bakının mərkəzində güllələnmə hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə ötən gecə paytaxtın Səbail rayonunda qeydə alınıb.
Bakı şəhər sakini, 31 yaşlı Samir Fazil oğlu Mehbalıyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Belindən güllə yarası alan S. Mehbalıyev Klinik Tibbi Mərkəzə yerləşdirilib.
KTM-dən APA-ya faktı təsdiqləyiblər. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilib.
Səbail Rayon Polis İdarəsindən isə baş vermiş hadisə ilə bağlı açıqlama verməkdən imtina ediblər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR