Əfv edilənlər azadlıqda
Ötən gün prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən 157 nəfər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub, 2 şəxs şərti cəzadan, 1 nəfər islah işləri cəzasından, 11 nəfər cərimə cəzasından azad olunub.
Əfv olunanlar arasında 16 nəfər əcnəbi (13 İran , 1 əfqanıstan, 1 türkmənistan, 1 Belarus vətəndaşıdır) var.
Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 175 nəfərə şamil edilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR