Yedi-içdi, hesabı ödəmədi - Kafe sahibi tərəfindən öldürüldü
Xızıda kafedə yeyib-içən şəxsin vaxtında kafe sahibinə pulunu verməməsi qətllə nəticələnib.
Qanlı hadisə fevralın 4-ü saat 22:00 radələrində Xızının Giləzi qəsəbəsində baş verib.
Rayon polis şəbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna daxil olan məlumatda 24 yaşlı Elmir Qulamovun naməlum şəraitdə bıçaq xəsarəti alması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə yollanan prokurorluq və polis əməkdaşları Elmir Qulamovun keçindiyini görüblər. Ölüm faktı ilə bağlı araşdırmalara başlanılıb. Zəruri istintaq tədbirləri görülüb, meyit daxili ekspertiza edilib.
Aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisəni Giləzi qəsəbə sakini, 27 yaşlı Babək Əzimov törədib. Buna səbəb mərhumun Babək Əzimova məxsus kafedə yeyib-içməsi, amma kafenin pulunu verməməsi olub.
Məlumatı verən Xızı prokurorluğunun müstəntiqi Tural Məhərrəmov bildirib ki, Elmir Qulamovdan yediyinin pulunu tələb edən Babək Əzimov zərərçəkənlə görüşdə əlini bıçağa atmalı olub:
“Bundan sonra zərərçəkən şəxs özü şübhəli şəxslə görüşməyə can atıb, onunla görüşüb, ondan nə üçün hesabı ödəmədiyini soruşub. Əlini cibinə atmaq istəyəndə şübhəli şəxs üzərində gətirdiyi bıçaqla ona bir dəfə xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb”.
Artıq Xızı Prokurorluğunda hesabı ödəməkdən boyun qaçıran müştərisini öldürmüş Babək Əzimov barəsində CM-nin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR