Deputat Fransa səfirliyini və Uorliki “topa tutdu”
Milli Məclisin deputatı Fuad Muradov Leyla Yunus olayına və ATƏT-in Minsk qrupunun amerikaı həmsədri Ceyms Uorlikin Qarabağla bağlı qərəzli fikirlərinə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, deputat facebook səhifəsində yazdığı statusda bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi səfirlərin bir sıra hallarda öz mandatına uyğun hərəkət etməməsi təəssüf doğurur.
“Biz bunun dəfələrlə şahidi olmuşuq. Əgər hüquq mühafizə orqanlarının kimlərəsə sualları varsa, diplomatlar bu məsələdə Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdır. Heç bir səfir ölkənin daxili işlərinə müdaxilə etməməlidir. Fransa səfirliyinin son qalmaqallı viza verilməsi ilə bağlı operativ hərəkəti qəribədir. Halbuki bizim vətəndaşlar ümumi qaydada viza almaq üçün xeyli əziyyət çəkirlər. Səfirliklər Milli Məclisin deputatlarına vətəndaşların müalicəsi və digər məsələlərinin həlli ilə bağlı onların ünvanladıqları viza müraciətlərinin cavablandırılması üçün 15-20 gün gözləmək lazım olduğunu bildirirlər. Bu o zaman baş verir ki, Azərbaycan Avropa Birliyi ilə sadələşdirlimiş viza almaq haqqında sazişi imzalayıb. Belə yanaşma düz deyil və bəzi səfirliklər Avropa Birliyinin qərarlarına heç hörmət etmirlər. Səfirlər ölkədaxili məsələlərə münasibət bildirməzdən əvvəl düşünməlidirlər. Səfirlər danışmazdan əvvəl nəzərə almalıdırlar ki, təmsil etdikləri ölkənin xalqı ilə bizim xalq arasında isti və səmimi münasibətlər var. Onların bu hərəkətləri bəzən bu isti münasibətlərə kölgə salır”.
F.Muradov daha sonra Ceys Uorlikin tvitterdə yazdığı fikirlərə münasibətini bildirib.
“ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Uorlikin son açıqlamasında irəli sürdüyü arqumentlər də heç bir fakta söykənmir. Uorlikin ermənilərə sevgisini başa düşürəm. Lakin onun səsləndirdiyi fikirlər Qarabağla bağlı aparılan danışıqlarda Uorlikin sülh vasitəçisi missiyasına kölgə salır. Biz ümid edirik ki, belə şəxslər Azərbaycan –ABŞ əlaqələrinə xələl gətirə bilməz”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR