İlham Əliyevə oxucu kartı verildi
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binasının açılışında iştirak edib.
ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev kitabxananın rəmzi açılışını bildirən lenti kəsib, dövlət başçısına kitabxananın ilk oxucu kartı təqdim edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə prezidentə kitabxananın yeni binasında yaradılmış şərait barədə məlumat verib. Bildirib ki, kitabxananın qapalı, açıq və xüsusi şəraitli fondlarında 4 milyona yaxın kitab saxlanılacaq. Buradakı 14 oxu zalında 1000-dən artıq oxucu eyni vaxtda elektron və çap məhsullarından istifadə edəcək. Yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcək. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir.
AMEA-nın Mərkəzi Kitabxanası, həmçinin alimlərə dünya kitabxanalarının zəngin imkanlarından faydalanmaq imkanı yaradacaq.
Kitabxananın yeni binası ilə tanış olan prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR