» » Hikmət Hacızadə vəfat etdi

Hikmət Hacızadə vəfat etdi

Müəllif: Səma Zərdablı
//
Tarix: 20 noyabr 2020
//
Bölmə: Siyasət
Hikmət Hacızadə vəfat etdi


Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə vəfat edib.

Qafqazpress.az-ın məlumatına görə, bu barədə onun oğlu Adnan Hacızadə məlumat verib.
Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, H.Hacızadə noyabrın 11-də insult keçirərək Bakıdakı Respublika Müalicə-Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Xatırladaq ki, H.Hacızadə 1954-cü ildə Bakıda anadan olub. 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan “Demokratiya haqqında 150 000 işarə” kitabı 1995-ci ildə nəşr edilib. “İnsan Haqları – bəşəriyyətin əsas ideyası” (1997), “Demokratiya: Gediləsi uzun bir yol” (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir. O, Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.

Türküstan.info
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125