» » Ali Baş Komandan: “Ermənistan ordusu artıq, demək olar ki, yoxdur”

Ali Baş Komandan: “Ermənistan ordusu artıq, demək olar ki, yoxdur”

Müəllif: Səma Zərdablı
//
Tarix: 10 dekabr 2020
//
Bölmə: Siyasət
Ali Baş Komandan: “Ermənistan ordusu artıq, demək olar ki, yoxdur”


“Biz sübut etdik ki, münaqişənin hərbi yolu var. Əks təqdirdə, bu münaqişə bir 30 il də davam edə bilərdi. Nə qədər biz buna dözə bilərdik? Nə qədər səbr göstərə bilərdik? Dəfələrlə demişəm ki, Azərbaycan xalqının səbri tükənib. Ermənistan öz xoşu ilə Azərbaycan torpaqlarından çıxmasa, biz onları oradan qovacağıq”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər paradında çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, müharibədən əvvəl və müharibə vaxtı bildirib ki, ermənilər bizim torpaqlarımızdan rədd olmalıdırlar:
“Onlar torpaqlarımızdan çıxmasa, biz sonuna kimi gedəcəyik və getdik. Biz döyüş meydanında qələbə qazandıq”.
İlham Əliyev bildirib ki, bu, tarixi zəfərdir:
“Azərbaycan xalqı bu günü 30 ilə yaxın bir müddət ərzində gözləyirdi. Mən xalqa müraciətimdə deyirdim ki, biz daha güclü olmalıyıq. Nəyi nə vaxt necə etməli olduğunu bilirdik. Vaxtında atılmış addımlarla bütün gücümüzü səfərbər edib, bir dərmir yumruq yaradıb, düşmənin başını əzdik.
Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz birliyimizi, gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, başını əzdi”.
Prezident qeyd edib ki, Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi:
“Ermənistanı məğlub etdik. Ermənistan ordusu, demək olar ki, yoxdur. Məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycan dəmir yumruğu onların belini qıracaq.
İndi isə bizim üçün yeni dövr başlayır. Mənfur düşmən tərəfindən bütün tarixi abidələr, məscidlər, binalar dağıdılıb. Biz onları bərpa edəcəyik”.

“Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlət törədib. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş həlak olub, 400-dən çox vətəndaş yaralanıb. 5000-dən çox evə ziyan vurulub. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır”, - deyə Dövlət başçısı əlavə edib.
banner125x125 banner125x125