» » İlham Əliyev Ərdoğana başsağlığı verib

İlham Əliyev Ərdoğana başsağlığı verib

Müəllif: Səma Zərdablı
//
Tarix: 21 dekabr 2020
//
Bölmə: Siyasət
İlham Əliyev Ərdoğana başsağlığı verib


Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım,
Ailənizə üz vermiş ağır itki - böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
banner125x125 banner125x125