"Xəbər məni sarsıtdı"
Azərbaycan prezdenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə başsağlığı verib.
ANS PRESS-in məlumatına görə, ölkə başçısı Türkiyədəki mədən faciəsində yaralananlara və xəsarət alanlara şəfa diləyib:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
İlham Əliyev həmçinin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana da başsağlığı verib:
"Hörmətli cənab Baş nazir,
Əziz Qardaşım,
Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərindən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!"
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR