» » Obama qalmaqallı qanun layihəsini imzaladı

Obama qalmaqallı qanun layihəsini imzaladı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 fevral 2014
//
Bölmə: Siyasət
Obama qalmaqallı qanun layihəsini imzaladı



ABŞ prezidenti Barak Obama 2015-ci ilin martınadək ölkənin dövlət borcu tavanının qaldırılmasına dair qanun layihəsini imzalayıb. ANS PRESS-in məlumatına görə, qanun layihəsinə əsasən, federal hökumət gələn ilin martına kimi borc götürə bilər, bu isə ölkə rəhbərliyini bu ayın sonunda borc öhdəliklərinin yerinə yetirilməməsindən azad edəcək.

Bu yaxınlarda sözügedən qanun layihəsinin lehinə Konqresin Nümayəndələr Palatasının 221 üzvü və Senatın 55 üzvü səs vermişdi. ABŞ-ın dövlət borcu tavanının qaldırılması haqqında qanuna düzəlişin qəbul edilməsi ötən ilin oktyabrında ABŞ-da baş vermə təhlükəsi olan büdcə böhranından qaçmaq imkanı yaradıb.

Həmin vaxt respublikaçıların ABŞ-ın dövlət borcu tavanının qaldırılmasına qarşı çıxması nəticəsində hökumət müəssisələrinin bir hissəsi 16 gün bağlı qalmışdı.



QafqazPRESS.az
banner125x125 banner125x125