Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi, BUNDAN SONRA...
Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.
Qafqazpress.az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsi ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
Bildirib ki, dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.
Deputat Əziz Ələkbərli söz alaraq, qanun layihəsinin dili ilə bağlı bəzi fikirlərini söyləyib.
Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR