Əli Həsənov: “Əsgərə münasibət dəyişməlidir”
"Orduya, əsgərə münasibət dəyişməlidir. Bu, torpaqlarımız işğaldan azad olunana kimi belə olmalıdır. Torpaqlarımız azad olunduqdan sonra kim nə edir, etsin".
AzVision.az xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Kəlbəcərin işğalının 21 illiyinə həsr olunmuş tədbirdə deyib.
Əli Həsənov qeyd edib ki, işğal olunmuş ərazilərin anma mərasimlərində işğal ildönümünu qeyd etmək formatı dəyişəcək:
"Ağlamaq dönəmi arxada qalıb. Artıq gənclərimizi torpaqlarımızı azad etməyə hazırlaşdırmalıyıq. Ancaq bu o demək deyil ki, müharibə olacaq. Təbii ki, Ali Baş Komandan əmr versə, o da olacaq. Prezident yenidən qan tökülməyini istəmir. Bütün bunların bir sonu olacaq. Mən dəfələrlə demişəm ki, gənclərimizin beyinlərinə hərbi vətənpərvərlik ruhunu yeritməliyik. Onlara bu fikirlər ailədən, baxçadan, məktəbdən aşılanmalıdır. Mətbuat da bu işdə diqqətli olsa, yaxşı olar. Məktəbi bitirən gənclər deməməlidirlər ki, biznesmen olmalıyam. Onlar hərbçi olmalıyam deməlidirlər. İşğal olunmamış rayonlarda yaşayan gənclər qeyrətlə torpaqları qaytarmağa hazırdırlar. Ancaq torpağı işğalda olan bəzi gənclər vətənpərvərliyə meyilli deyillər. Amma o torpaqlarda doğulanların ürəyi bu ruhla daha çox döyünməlidir. Vətən doğulduğun yerdən başlayır. İşğal altında olan torpaqlarımızın gəncləri hərbi təhsilə daha çox maraqlı olmalıdırlar.
Hamı biznesmen, gömrükçü ola bilməz. Torpağı işğal altında olan ölkənin vətəndaşının fərari olması biabrçılıqdır. Orduya, əsgərə münasibət dəyişməlidir. Bu günlük bu olmalıdır, torpaqlarımız azad olunduqdan sonra kim nə edir etsin. Biz qisasımızı almağa hazır olmalıyıq. Amma bu, biz qisasçı millətik demək deyil”.
Əli Həsənov dünya dövlətlərinin işğal faktına biganə yanaşmasından da danışıb:
"Bizə demokratiyadan, insan haqlarından dərs keçirlər. Ancaq bunları deyənlər həmin faciəni törədən insanlardır. Bir gün bunları dəstəkləyənlər də həmin bu bəlalara düçar olacaqlar. Ermənilərin genində qüsurlar var. Onlar təkcə başqasının torpaqlarına göz dikmirlər, həm də xəyanətkardırlar. 1938-ci ildə ölkəmizdə alman faşizminə qulluq edən bir erməni agenti olub. Bütün məlumatları onlara ötürüb. Bunu Rusiya bilməyib? Yəqin ki, bilib. Ermənilər bir gün Rusiyaya da xəyanət edəcəklər. Bəzən deyirlər ki, bir millətin adına bu cür danışmaq olmaz. Ancaq bu millət bunu haqq edir. Bunların hansını dindirsən, türk insanına qarşı içlərində bir xəyanət var. Ermənilərin bu işğalçılıqları ilə təkcə Azərbaycan və Türkiyə mübarizə aparır. Bəs digər türkdilli dövlətlər? Belə faktlar var ki, iki türkdilli dövlətin rəhbəri Ermənistana səfər edən zaman qondarma erməni soqırımı abidəsini ziyarət ediblər".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR