» » Əli Əhmədov: "Azərbaycanın mövqeyi bütövlükdə işğal olunmuş ərazilərimizin azad olunmasından ibarətdir"

Əli Əhmədov: "Azərbaycanın mövqeyi bütövlükdə işğal olunmuş ərazilərimizin azad olunmasından ibarətdir"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyul 2014
//
Bölmə: Siyasət
Əli Əhmədov: "Azərbaycanın mövqeyi bütövlükdə işğal olunmuş ərazilərimizin azad olunmasından ibarətdir"



Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 7 rayonunun qaytarılması bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi hesab olunmalıdır.

Trend xəbər verir ki, bunu baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanın mövqeyi bütövlükdə işğal olunmuş ərazilərimizin azad olunmasından ibarətdir: "Azərbaycan Prezidenti İlham Əliyev də qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç zaman danışıqların predmeti olmayacaq. Təbii ki, məsələyə yanaşma da yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində ola bilər".

Baş nazirin müavini qeyd edib ki, bu problemin həll olunması, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi isə müxtəlif konseptual yanaşmalar nəticəsində ola bilər: "Kimlərsə bunu mərhələli həll şəklində edir, kimlərsə bunu paket şəklində təqdim edir. Azərbaycan bu məsələdə öz münasibətini dəfələrlə bəyan edib. Hesab edirəm ki, yanaşmaların hansının qəbul olunmasından asılı olmayaraq, münaqişənin bütövlükdə və son nizama salınması Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından ibarət ola biləcək. 7 rayonun qaytarılması məsələsinə gəlincə, məsələyə bu cür yanaşma olacaqsa, bu, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi hesab olunmalıdır".


QafqazPRESS.az
banner125x125 banner125x125