Abdullah Güldən gələcəyi ilə bağlı açıqlama
Türkiyə prezidenti Abdullah Gül gələcək planları ilə bağlı açıqlama verib. ANS PRESS-in məlumatına görə, Gül Kütahya səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb.
O, bu günkü şərtlər çərcivəsində gələcəklə bağlı siyasət planları olmadığını deyib.
"Hazırda prezident olduğum üçün bəzi mövzularda açıq danışa bilmirəm. Dostlarla danışacağımızı, müzakirə edəcəyimizi və bir qərara gələcəyimizi demişəm. Türkiyə kifayət qədər inkişaf etmiş bir ölkədir. Türkiyənin gələcəyi daima parlaq olacaq".
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək. İlk dəfə olaraq dövlət başçısı ümumxalq səsverməsi ilə seçiləcək. Birinci turda heç bir namizəd 50%-dən çox səs toplamalıdsır. Əks təqdirdə ikinci tur olacaq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR