Ərdoğanın ən güclü rəqibi
Türkiyədə prezident kürsüsü uğurunda mübarizə aparan baş nazir Rəcəb Tayyib Ərdoğanın ilk güclü rəqibinin adı məlum olub.
ANS PRESS-in məlumatına görə, Milliyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Bağçalı Türkiyə prezidentliyinə namizəd olacaq.
Bu barədə məlumatların gizli yolla MHP-dən əldə edildiyi bildirilir.
Verilən məlumatlara görə həbsxanada yatan Abdullah Öcalan Ərdoğan prezident olduqdan sonra azadlığa buraxılacaq.
Ərdoğanın bu fikrinin əleyhinə olan Dövlət Baxçalı isə Türkiyə prezidentliyinə namizəd olacağı barəsində qərar qəbul edib.
Ərdoğanın Öcalanı azadlığa buraxacağı barəsində Dövlət Baxçalının əlində sənədlərin də olduğu bildirilir
Qeyd edək ki, bu ilin avqust ayında Türkiyədə iki mərhələdə olmaqla prezident seçkiləri keçiriləcək.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR