Nazir müavini “nurçu” olmasından danışdı
Gənclər və idman nazirinin müavini İntiqam Babayev “nurçu” olması barədə iddialara cavab verib.
AzVision.az xəbər verir ki, jurnalistlərə açıqlama verən İ.Babayev bəzi mətbuat orqanlarında yer alan bu iddiaların gülüşlə qarşılandığını bildirib:
"Mənim gülüşüm buna cavabdır. Biz azad cəmiyyətdə yaşayırıq və mətbuat sərbəst şəkildə hər şeyi yaza bilər. Əgər həmin mətbuat orqanı belə məlumat yayıb özünu ciddi orqan hesab edirsə, bunun arxasında hansısa konkret faktlar dayanmalıdır".
"Nurçu" cərəyanına aidiyyəti olmadığını bildirən nazir müavini bildirib ki, o nazirlikdə öz işi ilə məşğuldur:
"Bu gün üçün onu deyə bilərəm ki, mənim "nurçu" hərəkatı ilə heç bir əlaqəm yoxdur. Mən öz ölkəmizdə öz vəzifəmdə, gənclərimizin inkişafına yönələn siyasətin həyata keçirilməsində iştirak edirəm".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR